DÜNYA


İordaniya məhkəməsi Karak şəhərində baş verən terror aktında ittiham olunanlarla bağlı qərar çıxarıb

Əmman, 13 noyabr, AZƏRTAC 

İordaniyanın dövlət təhlükəsizliyi məsələləri üzrə məhkəməsi Karak şəhərində baş verən terror hücumu ilə əlaqədar ittiham olunan 11 nəfərlə bağlı qərar çıxarıb.

AZƏRTAC xəbər verir ki, müttəhimlərdən ikisi ömürlük həbs cəzasına, üç nəfər 15 il, beş nəfər 3 il azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər, bir nəfərə isə bəraət verilib.

Müttəhimlər insanların ölümü ilə nəticələnən terror aktlarının hazırlanmasında və həyata keçirilməsində, həmçinin terror aktları zamanı istifadəsi nəzərdə tutulan partladıcı qurğuların düzəldilməsində, partlayıcı maddələrin, silah və döyüş sursatlarının saxlanılmasında, həmçinin terrorçuluğun maliyyələşdirilməsində və terrorçu təşkilatlara qoşulmada ittiham olunurlar.

Xatırladaq ki, 2016-cı ilin dekabrında İŞİD terrorçularının silahlı hücumu nəticəsində Karak şəhərində 12 nəfər, o cümlədən təhlükəsizlik qüvvələrinin nümayəndələri, dinc sakinlər və Kanadadan olan bir turist həlak olub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.