SİYASƏT


İordaniyalı jurnalist ermənilərin basdırdığı minanın partlaması nəticəsində azərbaycanlı həmkarlarının qətlini pisləyir

Bakı, 6 iyun, AZƏRTAC

Dünya KİV-ləri, jurnalistlər, media işçiləri, yazarlar azərbaycanlı jurnalistlərin erməni diversantları tərəfindən basdırılan minaya düşərək şəhid olması barədə xəbərindən kədərləndiklərini bildirir və qardaş Azərbaycan xalqına başsağlığı verirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri məşhur iordaniyalı jurnalist akademik Mərvan Sudah “əl-Anbat” qəzetində dərc edilmiş “Jurnalistikanın və jurnalistlərin şəhidləri” adlı məqaləsində deyib.

Müəllif erməni silahlı qüvvələri tərəfindən törədilən bu qanlı hadisənin Beynəlxalq Hüququn və Beynəlxalq Humanitar Hüququn tələblərini pozduğunu, eləcə də Qarabağda atəşkəs barədə üçtərəfli Bəyanata zidd olduğunu vurğulayıb.

Məqalədə hadisə barədə məlumat verilir, qeyd edilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Dövlət Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. İçərisində jurnalistlərin olduğu nəqliyyat vasitəsinin yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, həmçinin onları müşayiət edən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Ağır yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Mərvan Sudah məqaləsində Azərbaycan XİN-nin hadisə ilə bağlı bəyanatına da yer verib.

İordaniyalı jurnalist bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonu ərazisinə keçməyə və diversiya-kəşfiyyat əməliyyatları həyata keçirməyə cəhd etmiş bir qrup erməni diversantının ələ keçirildiyini oxucuların diqqətinə çatdırır və Ermənistanı bununla regionda yaranmış kövrək sülhü və sabitliyi təhlükə altına almaqda ittiham edir.

Müəllif jurnalistlərin hədəfə alınması və qətlə yetirilməsi ilə nəticələnən bu alçaq cinayəti pisləyir, cinayətkarların dərhal müəyyən edilib cəzalandırılmasına çağırır.

Müəllifin məqaləsini “Nabd”, “Cuheynə nyuz”, “əş-Şaab nyuz” xəbər portalları da nəşr edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.