ELM VƏ TƏHSİL


İqlim dəyişmələri mövzusunda yeni kitab nəşr edilib

İqlim dəyişmələri mövzusunda yeni kitab nəşr edilib

Bakı, 8 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” adlı monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsər 1995-ci ildən 2016-cı ilə kimi nəşr olunan illik xülasələrin davamını təşkil etməklə, son beş ildə respublikamızın ərazisinin hidrometeoroloji şəraitinin, iqlim dəyişmələrinin, baş verən təhlükəli hidrometeoroloji hadisələrin təhlilinə həsr olunub. Təhlillər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidmətinin məlumatları əsasında yerinə yetirilib.

Kitab alim və mütəxəssislərin, bakalavr, doktorant və magistrantların, müxtəlif elmi-tədqiqat, dissertasiya işlərinin yerinə yetirilməsində və s. praktik mənbə rolunu oynaya bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.