ELM VƏ TƏHSİL
İqtisad elmləri üzrə elmi şuranın onlayn iclası keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad elmləri üzrə elmi şuranın növbəti onlayn iclası keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, şuranın sədri, institutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda yeni təqdim olunan dissertasiya işlərinin mövzuları müzakirə olunub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru (1 nəfər) proqramları üzrə təhsil alan 17 doktorant və dissertantının dissertasiya mövzuları redaktə xarakterli dəyişikliklər edilərək təsdiqlənib. Bir mövzu ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb.