İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi: 23 obyektdə zəruri qayda və tələblərə əməl edilmədiyi aşkarlanıb
Bakı, 14 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 13-də keçirilən monitorinqlər zamanı Sumqayıt şəhərində “Papaq mağaza”da, “Aytac inşaat tikinti materialları mağazası”nda, “Fərid optika”da, Murad Nəsibliyə məxsus “Tikinti materialları mağazası”nda, Arzuman Səfərova məxsus “Mebel mağazası”nda, Rüfət Məhərrəmova məxsus “Telefon aksesuarları mağazası”nda, İlqar Bayramova məxsus “Uşaq aləmi” ticarət obyektində, Sevil Tağıyevaya məxsus “Şirniyyat mağazası”nda, Qorxmaz Vəliyevə məxsus “Geyim mağazası”nda, Pərviz İbayevə məxsus “Estetik mərkəz”də, ümumilikdə 23 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.