İDMAN
İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında şahmat turniri keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasında İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş şahmat turniri keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şahmat turniri İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.
Turnirin keçirilməsində məqsəd ölkəmiz üçün önəmli olan günlərin bir daha xatırladılması, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.
Turnirdə 1-ci yeri Sənan Quliyev, 2-ci yeri Fazil Alməmmədov, 3-cü yeri Tünar Quluyeva tutublar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə yüksək nəticələr göstərmiş iştirakçılar və qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.