İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat köçürüb

Bakı, 31 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVID-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat köçürüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əməkhaqqı və könüllü ianələri hesabına dəstəkləyiblər. Sosial aksiyaya nazirliyin aparatı və regional bölmələri, nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və sair qurumları qoşulub.

Həmrəylik göstərək! Dəstək olaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.