İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti “Uğur yolu” müsabiqəsinin qalibləri elan edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyində (İN) təşkil olunan növbəti “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsinin nəticələri açıqlanıb.
İN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri 2022-ci il üzrə keçirilən “Uğur yolu” karyera inkişafı proqramının qalibi olub.
İştirakçılar seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilib və təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, artıq ikinci dəfə İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsi keçirilir. Əvvəlki müsabiqənin qalibləri kimi, bu müsabiqədə uğur qazananlar da müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb olunacaq və Nazirliyin rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.