DÜNYA
İran ilə Rusiya COVID-19-a qarşı birgə vaksin istehsal edəcəklər
Tehran, 30 yanvar, AZƏRTAC
İran koronavirusa qarşı mübarizə çərçivəsində Rusiya istehsalı olan “Sputnik-V” vaksinindən istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib. Onun sözlərinə görə fevralın 2-də Rusiya vaksininin ilk partiyası İrana gətiriləcək.
Səfir onu da nəzərə çatdırıb ki, Rusiyanın müvafiq qurumları ilə “Sputnik-V” vaksininin İran ilə birgə istehsalı barəsində danışıqlar aparılacaq. Gələn həftə İranın nümayəndə heyəti Rusiyaya gələrək vaksinin birgə istehsalı barədə məsləhətləşmələr aparacaq.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi isə bildirib ki, Rusiyadan vaksinin alınması və birgə istehsalı haqqında müqavilə imzalanacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]