DÜNYA
İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib
Tehran, 7 noyabr, AZƏRTAC
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı “Vilayət 97” olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimlər zamanı, həmçinin “Fəcr” kəşfiyyat lokatoru, “Rəəd” elektron kəşfiyyat lokatoru və “Kruz” raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir.
Xatırladaq ki, noyabrın 6-da İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin geniş hərbi təlimləri başlayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]