DÜNYA


İran polisi 2,5 ton narkotik vasitə müsadirə edib

Tehran, 8 fevral, AZƏRTAC

İranın Sistan-Bəlucistan bölgəsində polisin həyata keçirdiyi əməliyyat zamanı 5 nəfər qaçaqmalçı həbs edilib və 2,5 ton narkotik vasitə müsadirə olunub.

AZƏRTAC xəbər verir ki, qaçaqmalçılar 2,5 ton narkotik vasitəni Əfqanıstandan İrana keçirməyə cəhd ediblər.

Sistan-Bəlucistan bölgəsinin polis rəisi Məhəmməd Qənbəri bildirib ki, operativ məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində 5 nəfər qaçaqmalçı həbs edilib. Qaçaqmalçılar narkotik vasitəni İrana buradan isə Avropa ölkələrinə daşımağı planlaşdırmışdılar. Rəis qeyd edib ki, hazırda istintaq tədbirləri həyata keçirilir. Qaçaqmalçıların İrandakı əlaqələri müəyyənləşdirilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.