DÜNYA


İran sərhədini pozan PUA-nın hansı dövlətə məxsus olmasını araşdırır

Tehran, 9 noyabr, AZƏRTAC

İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.

O bildirib ki, pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi zenit raket kompleksi tərəfindən vurulub. Qeyd edilib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışırlar, lakin buna imkan verilməyəcək.

General bildirib ki, mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar.

Xatırladaq ki, dünən İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.