DÜNYA
İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb
Tehran, 24 oktyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl mədəni aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlanacaq. Qızılın çıxarılması və dünya bazarına göndərilməsi üçün investisiyanın da zəruri olduğunu bildirən M.Zəncənə bu istiqamətdə işlərin həyata keçirildiyini qeyd edib.
Onun sözlərinə görə, Sistan-Bəlucistan vilayətində qızıl ilə yanaşı, titan və mis yataqları da mövcuddur. Mis yataqlarında 400 milyon tondan çox ehtiyat var.
Ümumiyyətlə son illər ərzində vilayətdə aparılan kəşfiyyat işləri nəticəsində 200 faydalı qazıntı mənbəyi aşkar edilib. Onlar yaxın zamanda istismar edilərək İran iqtisadiyyatının inkişafına yönəldiləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]