DÜNYA
İranda 9-12 yaşlı uşaqlara koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb
Tehran, 26 yanvar, AZƏRTAC
Bu gündən İranda 9 yaşdan 12 yaşınadək uşaqlara koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirliyinin açıqlamasında bildirilib. Bu yaşda uşaqlara İranın milli istehsalı olan “PastoCovac” və Çin istehsalı olan “Sinofarm” peyvəndlərinin vurulmasını tövsiyə edib. Açıqlamada bildirilib ki, bu peyvəndlər koronavirusun “omikron” şamına qarşı daha səmərəlidir.
Səhiyyə Nazirliyinin digər açıqlamasına əsasən son sutkada ölkə ərazisində 11 min 851 nəfər virusa yoluxub, 29 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 279 min 410 nəfər, ölənlərin sayı isə 132 min 303-ə çatıb. Eyni zamanda 6 milyon 88 min 367 nəfər sağalaraq evə buraxılıb.
Nəzərə çatdıraq ki, İranda 120 milyon doza peyvənd vurulub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]