DÜNYA


İranda COVID-19-a yoluxma və ölüm hallarında azalma davam edir

Tehran, 8 dekabr, AZƏRTAC

İranda koronavirus infeksiyasının yayılması və bu xəstəlikdən ölüm hallarının azalması davam edir.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində ölkə ərazisində 3 min 514 nəfər COVID-19-a yoluxub, 79 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 141 min 335 nəfərə, ölənlərin ümumi sayı isə 130 min 356-a çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 3 min 213 nəfər virusa yoluxan xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 936 min 975 xəstə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.