DÜNYA
İranda İsrailə casusluq ittihamı ilə dörd nəfər ölüm cəzasına məhkum olunub
Bakı, 30 noyabr, AZƏRTAC
İranın Ali Məhkəməsi İsrailin xeyrinə casusluq və adam oğurluğu ittihamı ilə dörd nəfəri ölüm cəzasına məhkum edib.
AZƏRTAC Mehr agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin iyun ayında İslam İnqilabı Keşikçiləri Korpusu İsraillə əlaqəsi olduğu iddia edilən cinayətkar qrupun üzvlərini həbs edib. İranın hakimiyyət orqanlarının məlumatına görə, həbs olunan cinayətkarlar şəxsi və ictimai əmlakı dağıdıb, insanları oğurlayıb və digər cinayətlər törədib.
Sonradan Ali Məhkəmə İsraillə “kəşfiyyat əməkdaşlığı” və adam oğurluğu ittihamı ilə dörd nəfər barəsində ölüm hökmü çıxarıb, üç nəfəri isə ölkənin təhlükəsizliyinə qarşı cinayətlər, adam oğurluğunda iştirak və qanunsuz silah saxlama maddələrinə əsasən beş ildən on ilədək azadlıqdan məhrum edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]