DÜNYA


İranda iki nəfər koronavirusdan dünyasını dəyişib

Tehran, 19 fevral, AZƏRTAC

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfər həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat edib.

AZƏRTAC xəbər verir ki, faktı İran Səhiyyə Nazirliyi təsdiqləyib. Hazırda bu adamların virusa harada və necə yoluxduğu araşdırılır.

Qeyd edək ki, Qum şəhərinə dünyanın müxtəlif yerlərindən, o cümlədən Çindən də ziyarətə gəlirlər. İranın Səhiyyə Nazirliyi təcili tədbirlər həyata keçirməyə başlayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.