DÜNYA


İranda parlament seçkilərinin ikinci turu keçirilir

Tehran 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də İranda parlament seçkilərinin ikinci turu keçirilir.

AZƏRTAC xəbər verir ki, İranda parlament seçkiləri bu il fevralın 21-də keçirilib. Seçkilərin ikinci turu isə aprelin 11-də keçirilməli idi. Lakin koronavirus pandemiyası seçkilərin təxirə salınmasına səbəb oldu.

İranın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, parlament seçkilərinin ikinci turu İranın 10 vilayətində keçirilir.

Qeyd edək ki, İran parlamentinin 3 deputatı koronavirusa yoluxaraq vəfat edib. Onların boş qalan yerlərinə də yeni deputatlar seçiləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.