DÜNYA


İranda peyvənd olunanların sayı 65 milyondan çoxdur

Tehran, 11 oktyabr, AZƏRTAC

Son sutka ərzində İranda 13 min 504 nəfər koronavirusa yoluxub, 276 nəfər bu xəstəlikdən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 716 min 394 nəfər, yoluxaraq ölənlərin ümumi sayı isə 122 min 868-ə çatıb.

Ölkə üzrə xəstəxanalarda müalicə alan 5 min 218 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 234 min 10 xəstə sağalaraq evə buraxılıb.

İranda əhaliyə peyvənd vurulması prosesi davam edir. Bu günə kimi 65 milyon 667 min 467 nəfərə peyvənd vurulub.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.