DÜNYA


İranda zəlzələnin nəticələri aradan qaldırılır

Tehran, 9 noyabr, AZƏRTAC

Ötən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ 6 şəhərdə və 145 kəndə dağıntılar törədib.

AZƏRTAC xəbər verir ki, Prezident Həsən Ruhaninin göstərişinə əsasən zəlzələdən zərər çəkənlərə çadır, isti paltar, su, ərzaq və digər lazımi avadanlıqlar göndərilib.

Zəlzələ Gilan, Ərdəbil, Zəncan şəhərlərində də hiss olunub və insanlar arasında təşvişə səbəb olub. Təbriz, Miyana, Bostanabad şəhərlərindəki bəzi evlər və ictimai binalar uçub. Zəlzələ nəticəsində 6 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Hazırda zəlzələ nəticəsində dəyən zərərin miqdarı müəyyənləşdirilir.

Xatırladaq ki, bir sıra dövlətlər İrana yardım təklif ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.