CƏMİYYƏT


İrandan Azərbaycana satmaq üçün heroin gətirən şəxs saxlanılıb VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC 

Yüksək psixotrop təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin daxili işlər orqanları tərəfindən ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil xüsusi nəzarət qaydasında Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, içərisində 1 kiloqram 100 qram çəkidə heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı İ.Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində “Hacı” adlı İran vətəndaşından aldığı və İ.Babayevlə birlikdə satmaq məqsədilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.