ELM VƏ TƏHSİL


İranlı alim Biofizika İnstitutunda məruzə edib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “CRISPR gen redaktə edilməsi və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov açaraq mövzunun əhəmiyyətindən danışıb.

Mövzu ilə bağlı məruzə edən İranlı alim, Zəncan Tibb Universitetinin professoru Said Kaboli çıxışında “CRISPR” gen, biotexnologiyasının insan həyatında rolu, genomun tarixi, redaktəsi, çoxyönlülüyü və təbabətdə rolu haqqında ətraflı məlumat verib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.