DÜNYA


İranlı jurnalist ABŞ-da həbs edilib

Tehran, 16 yanvar, AZƏRTAC

İranın Press TV televiziya kanalının ABŞ-dakı xüsusi müxbiri Mərziyyə Haşimi Vaşinqtonda həbs edilib.

AZƏRTAC xəbər verir ki, Sent-Luis beynəlxalq hava limanında həbs edilən M.Haşimiyə qarşı hələlik heç bir ittiham irəli sürülməyib. Jurnalistin ailə üzvləri bildiriblər ki, həbsin səbəbi onlara da məlum deyil.

Həbs olunduqdan sonra bir telefon zəngi hüququndan istifadə edən jurnalist ailə üzvlərinə zəng vurub. O bildirib ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları onunla cinayətkar kimi rəftar ediblər. Onlar jurnalisti başındakı hicabı açmağa və halal olmayan yeməklər yeməyə məcbur ediblər.

ABŞ-ın hüquq-mühafizə orqanları iranlı jurnalistin həbsi ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.