MƏDƏNİYYƏT


İranlı rejissorun Azərbaycan dilində çəkdiyi film beynəlxalq mükafata layiq görülüb

Tehran, 5 iyun AZƏRTAC

İranlı rejissor Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Ev” adlı film Rumıniyada keçirilən “Transilvania” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mayın 25-dən iyunun 3-dək keçirilən festivalda “Ev” filmi dünyanın bir çox ölkəsində yaşanan orqan bağışlamaq problemini işıqlandırdığına görə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

İranın azərbaycanlı rejissoru Əsgər Yusifinejadın filmində azərbaycanlı ailədə baş verən hadisələrdən bəhs olunur. Ailə başçısı vəsiyyət edir ki, öləndə onun orqanları ehtiyacı olanlara bağışlanılsın və insan tələfatının qarşısı alınsın. Lakin ailə başçısı öldükdən sonra onun qızı atasının orqanlarının bağışlanmasının əleyhinə çıxır. Filmdə azərbaycanlıların milli mentaliteti, mehribanlığı və insanpərvərlik kimi xüsusiyyətləri qabarıq şəkildə göstərilir.

Ə.Yusifinejadın “Ev” filmi cari ildə Tehranda keçirilən 35-ci “Fəcr” Film Festivalında da mükafata layiq görülüb.

Tanınmış rejissor bildirib ki, Azərbaycan dilində çəkdiyi ilk filminin uğur qazanması onu yaradıcılığını genişləndirməyə həvəsləndirib. Hazırda rejissor “Evlilik otağı” adlı yeni film üzərində çalışır. Bu film də Azərbaycan dilində çəkilir və yaxın aylarda tamaşaçılara təqdim ediləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.