DÜNYA


İraqda iki terror aktı nəticəsində azı 50 nəfər ölüb

Bakı, 14 sentyabr, AZƏRTAC

İraqın cənubunda yaraqlıların iki hücumu nəticəsində azı 50 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, ilk terror aktı Di-Kar vilayətinin paytaxtı Nasriya şəhərinin yaxınlığında törədilib. Silahlı şəxslər yol kənarındakı kafeyə soxularaq müştərilərə atəş açıblar. Bundan bir qədər sonra yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.

Yerli hakimiyyət orqanları həlak olanların sayının arta biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, yaralıların bir çoxu ağır vəziyyətdədir.

Hər iki hücumun məsuliyyətinin İŞİD terror qruplaşması üzərinə götürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.