MƏDƏNİYYƏT


İrəvan Teatrında yeni mövsüm münasibətilə videokonfrans təşkil edilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 139-cu teatr mövsümü münasibətilə videokonfrans keçirib.

AZƏRTAC-a bu barədə teatrın mətbuat xidməti məlumat verib.

Tədbiri İrəvan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev açaraq ölkə başçısı tərəfindən qabaqlayıcı addımlar sayəsində ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verib.

Videokonfrans iştirakçılarını məlum vəziyyətlə bağlı dövlət tərəfindən tətbiq edilən bütün qaydalara əməl etməyə çağırıb. O bildirib ki, bu qaydalar hər birimizin sağlamlığı və ətrafımızı qorumaq üçün lazımdır.

Çıxış zamanı yeni mövsümdə teatrın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirən direktor onlayn məşqlər barəsində də danışıb.

Sonra videokonfransda kollektivin bəzi üzvləri çıxış edərək fikirlərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.