MƏDƏNİYYƏT


İrəvan teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb

Bakı, 17 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 16-da şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad rayonunda 137-ci mövsümü qastrol səfəri ilə uğurla başa vurub.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Sabirabad Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 3, 12, 16-da Gəncə, Şəki və Sabirabadda yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə qastrol səfərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.