DÜNYA


İrəvanda Paşinyanın istefası tələbi ilə avtoyürüş başlayıb

Bakı, 11 may, AZƏRTAC

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtoyürüşlər başlayıb.

AZƏRTAC Ermənistan portallarına istinadla xəbər verir ki, yürüşlər şəhər kənarından mərkəzə doğru dörd istiqamətdə start götürüb.

Yürüş iştirakçıları aşağı sürətlə irəliləyərək yollarda avtomobillərin hərəkətini çətinləşdirir, hökumət əleyhinə şüarlar səsləndirirlər. Saat 15:00-da İrəvanda Paşinyan əleyhdarlarının növbəti mitinqi planlaşdırılır.

Xatırladaq ki, müxalifətin dünənki etiraz aksiyalarının gedişində polis 60-dan çox nümayişçini saxlayıb.

Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilər hesab edirlər ki, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.