REGİONLAR


İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə başlanılır

Bakı, 9 fevral, AZƏRTAC

Yanvar ayının ilk günlərindən ölkədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq fevral ayının 10-dan başlayaraq ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin icrasına start veriləcək.

Qeyd edək ki, iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə başlanan tədbirlər davam etdirilir.

Aparılan tədbirlərlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin və Epizootiya və Zoonoz Xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytar mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədilə rayonlara ezam olunublar.

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.