DÜNYA


İrkutskda daşqın qurbanlarının sayı 25 nəfərə çatıb, 8 nəfər itkin düşmüş sayılır

Bakı, 10 iyul, AZƏRTAC

İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 8 nəfər isə itkin düşmüş sayılır.

AZƏRTAC xəbər verir ki, TASS informasiya agentliyi bu barədə təcili xidmət orqanlarının nümayəndəsinə istinadla məlumat yayıb.

İyunun sonlarında başlayan daşqınlar İrkutsk vilayətinin altı rayonunda 107 yaşayış məntəqəsinə, 10,8 min yaşayış binasına, 11 min bağ sahəsinə, ümumilikdə 34 min sakinə təsir göstərib. Regionda 13 avtomobil körpüsü dağılıb.

Tibbi yardım üçün 3212 nəfər, o cümlədən 518 uşaq müraciət edib, 442 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin hesablamalara görə, təbii fəlakət vilayətin kənd təsərrüfatına və yol infrastrukturuna bir milyard rubldan çox ziyan vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.