CƏMİYYƏT


İşğal zamanı Xocavənddə 3500 hektardan artıq meşə sahəsi və 12 təbiət abidəsi məhv edilib

Füzuli, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Xocavənd rayonu biomüxtəlifliyin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil etmiş və bunun 20403 hektarı meşə ilə örtülü olub.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavənd rayonlarına təşkil olunan mediatur iştirakçılarına deyib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.

Qeyd edilib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac ( 7 ədəd şərq çinarı, 5 ədəd Azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları) və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub.

Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.