Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən müharibəsindəki Qələbə müasir tariximizin ən şərəfli səhifəsidir

Vətən müharibəsindəki Qələbə müasir tariximizin ən şərəfli səhifəsidir

İşğaldan azad edilən ərazilərimiz tezliklə yenidən qurulacaq və doğma yurdlarından köçkün düşmüş insanlar öz el-obalarına qayıdacaqlar

Bakı, 18 yanvar, AZƏRTAC

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

Bu fikirlər Ağdam rayon 33 nömrəli tam orta məktəbin direktoru Nəsibə Hüseynovanın “Vətən müharibəsindəki Qələbə müasir tariximizin ən şərəfli səhifəsidir” adlı məqaləsində yer alıb.

Sentyabrın 27-dən başlanan döyüş əməliyyatları noyabrın 10-dək davam etdi. Suqovuşanın, Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının ardınca noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi isə Vətən müharibəsinin ən böyük hadisəsi oldu. Məhz bundan sonra işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi müharibədə məğlub olduqlarını dərk etdi və Prezident İlham Əliyevin şərtlərinə əməl edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 9-dan 10-na keçən gecə xalqa müraciət edərək şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışdılar. Bu Qələbə ümumxalq sevinci, böyük coşqu ilə qarşılandı. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan insanlar rəşadətli Ordumuza, qalib əsgərimizə minnətdarlıqlarını ifadə etdilər.

Bəli, rəşadətli Ordumuz 30 ilə yaxın idi işğal altında olan torpaqlarımızı azad edərək hər bir azərbaycanlının böyük səbirsizliklə gözlədiyi bir Qələbənin sevincini xalqımıza yaşatdı. Artıq Dağlıq Qarabağ problemi yoxdur və Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddialarına birdəfəlik son qoyulub.

İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyət başqa bir həqiqəti də ortaya qoydu. Bir daha sübut olundu ki, Ermənistan yalnız işğalçı və terrorçu deyil, həm də vandal dövlətdir. 27 illik işğaldan sonra azad edilən Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda ortaya çıxan mənzərə başqa cür düşünməyə əsas vermir. Məsələn, Ağdamda yalnız qismən dağıdılmış bir məscid qalıb ki, onu da sadəcə həmin ərazidə döyüşlər baş verərsə artilleriyaya hücumunun dəqiq oriyentirlərini verə bilmək üçün saxlayıblar. Bu barədə danışan Prezident İlham Əliyev bütün bunların hərbi cinayət olduğunu bildirib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri də onun kimi məqsədyönlü şəkildə dağıdılıb. Biz onu azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir”.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququq tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində artıq ayrıca qiymətləndirilir. Əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub. İndi isə ərazilərimiz işğaldan azad edilib. Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə Azərbaycana vurulan ziyan hesablanacaq və Ermənistana qarşı təzminat davası açılacaq. Doğma yurd yerlərimizi viran qoyan, dağıdan, yandıran düşmən bunların hamısının cavabını verəcək.

Qarşıda duran əsas vəzifələrdən biri həm də işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, Cocuq Mərcanlıda elan olunmuş “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. Bir neçə gün əvvəl 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Prezident İlham Əliyev bildirdi ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq. O cümlədən Şuşaya səfər edərkən də Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, işğaldan azad olunmuş ərazilər tezliklə yenidən qurulacaq.

Azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına isə artıq başlanılıb. Bu istiqamətdə ilk addımlar isə yolların bərpasıdır. Artıq Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərinə yeni yolun çəkilişi başa çatmaq üzrədir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi də artıq başlayıb. Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Füzuli-Şuşa avtomobil yolunun, o cümlədən beynəlxalq hava limanının təməli qoyuldu. O cümlədən işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatında son iki ayda xeyli iş görülüb və onların bir qisminə enerjinin verilişi təmin edilib.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərinə 2,2 milyard manat vəsait ayrılıb. Bu, onu göstərir ki, il ərzində Qarabağ bölgəsinin yenidən qurulması və 30 ilə yaxındır ki, məcburi köçkün olan insanların öz doğma yurdlarına qayıdışını təmin edə bilmək üçün böyük işlər görüləcək.

Yanvarın 4-də Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb olunmasını, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. Əlbəttə, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu baxımdan “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması “Böyük Qayıdış” proqramının daha sürətlə həyata keçirilməsinə təkan verəcək.

Azərbaycan xalqının ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Bu Qələbənin qazandığımız kimi azad etdiyimiz ərazilərimiz də tezliklə bərpa olunacaq, yenidən qurulacaq. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması respublikamızın növbəti nailiyyətlərindən biri kimi tarixə düşəcək.

Hazırda Ağdamdan olan məcburi köçkünlər də səbirsizliklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Azərbaycan dövləti Qarabağı yenidən qurmaqla doğma el-obalarına qayıdacaq insanların layiqli yaşayışını və məşğulluğunu ən yüksək səviyyədə təmin edəcək. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə həyat yenidən öz axarına dönəcək, onların əvvəlki şöhrəti bərpa olunacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY