Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) rəyasət heyətinin geniştərkibli iclası keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunan görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə olunub və Azərbaycan Sahibkarlar Konfederasiyasının bu ilin yanvar-oktyabr ayları üzrə hesabatı dinlənilib.

İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində əldə edilən şanlı Qələbə münasibətilə iştirakçıları təbrik edib. Bu qürurlu tarixi öz qanları ilə yazan şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olunub.

“İndi növbə sahibkarlarındır, işğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük və şanlı vəzifələr düşür”, - deyə M.Musayev qeyd edib.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının cari ilin yanvar-oktyabr ayları üzrə fəaliyyətinin hesabatı dinlənilib.

Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları” mövzusunda çıxış edib.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Abbasov, Zakir Əzimov və Jalə Hacıyeva öz fikirlərini bölüşüblər.

İclasda ASK-nın rəyasət heyəti adından Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil olub. Azərbaycan sahibkarları da bütün xalqımız kimi bu şanlı Qələbəni, əzəli, tarixi torpaqlarımızın işğaldan azad edilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini bayram edirlər.

44 günlük Vətən müharibəsi ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı və Ali Baş Komandan kimi Sizin, Azərbaycan Ordusunun, xalqımızın möhtəşəm zəfəri ilə başa çatıb. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Bu qələbəni Sizin qətiyyətiniz, siyasi iradəniz, uzaqgörənliyiniz, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmazlığı, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

30 illik münaqişəni 44 günə sona çatdıran bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımızın və şəhidlərimizin qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların igidliyini heç zaman unutmayacağıq!

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının Zati-aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illərdə dövlət-xalq-ordu həmrəyliyi və milli birlik daha da güclənib. Məhz bu birlik və bərabərlik Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının təməlini təşkil edir.

Məhz Sizin yorulmaz diplomatik səyləriniz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mübarizəsini müdafiə edib, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi istiqamətində aparılan haqlı müharibə bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində Azərbaycan xalqının iradəsi bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymayıb.

Bütün dünyada məlumdur ki, rəşadətli ordumuz qarşısında məğlub olan Ermənistan öz mənfur xislətinə sadiq qalaraq cəbhə bölgəsindən uzaqda yaşayan dinc sakinləri qadağan olunmuş silahlardan atəşə tutdu. Nəticədə 94 mülki vətəndaşımız (o cümlədən uşaqlar və qadınlar) həlak olub, 400-dən çox insan yaralanıb, 2000-dək yaşayış evi, 100-ə yaxın çoxmənzilli yaşayış binası dağıdılıb, 300-dən çox mülki obyektə ciddi zərər dəyib. Bütün bunlar humanitar prinsiplərin, o cümlədən Cenevrə konvensiyalarının pozulmasının bariz nümunəsidir.

2020-ci il noyabrın 8-də Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi xəbərinin Sizin tərəfinizdən elan edilməsi bütün xalqımız kimi biz sahibkarları da sevindirdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 ilyarım gözləyib. Bu illər ərzində hər bir azərbaycanlının ən çox eşitmək istədiyi, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, sözləri Sizin tərəfinizdən səsləndirildi.

Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir.

Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!

Şuşanın azad edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Şuşanın azadlığa qovuşması Zati-alilərinizin tarixi qələbəsidir!

Azərbaycan sahibkarları qələbə sevincini yaşadıqları bu günlərdə Sizə dərin zəkanız, uzaqgörənliyiniz, müdrikliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradənizə görə “Çox sağ olun cənab Ali Baş Komandan!”, - deyirlər. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz, Sizin də gözünüz aydın olsun! Siz şərəfli bir tarix yaratdınız! Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə məhz Sizin adınız yazılıb!

Azərbaycan sahibkarları bildirirlər ki, Azərbaycana xidmətlərinə və nəcib əməllərinə görə vətəndaşlarımızın böyük sevgi və ehtiramını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın elçisi kimi ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir.

Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil, onun hər zaman dövlətçiliyə, xalqa xidmət etmək istəyi və arzusunda olmasıdır.

Müzəffər Ali Baş Komandan!

İşğaldan azad olunmuş regionların faydalı qazıntılarla zəngin olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın mövcudluğunu, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün münbit şəraitin mövcudluğunu nəzərə alaraq Sizin tapşırığınızla həmin regionlarda infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır. Azərbaycan sahibkarları kimi bu layihələrin həyata keçirilməsi üçün biz də bütün imkanlarımızı səfərbər edərək yaxından iştirak etmək əzmindəyik.

Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq çoxminlik sahibkarlar adından bildiririk ki, ölkədə davam edən hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Sizin verdiyiniz bütün qərarları dəstəkləyir, Sizin rəhbərliyinizlə yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi üçün bütün gücümüzü səfərbər edərək əlverişli biznes mühitindən yararlanmaqla əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb