REGİONLAR


İşğaldan azad olunan əraziyə narkotik vasitə keçirən şəxs saxlanılıb

Xocavənd, 18 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oktyabrın 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.