Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərə səfər edən perulu jurnalist bölgədə şahid olduqları barədə məqalə yazıb

Vaşinqton, 8 sentyabr, AZƏRTAC

“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, Azərbaycanda yaxınlarda səfərdə olmuş Rikardo Sançes işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb. Perulu jurnalist Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin Perunun nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəli məqalə dərc edib.

Müəllif yazıda uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan Ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinə perulu jurnalistlərin ilk dəfə səfər etdiklərini qeyd edir.

R.Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, xüsusilə Cəbrayıl və Ağdam şəhərlərinin erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin tamamilə məhv edildiyini qeyd edir. Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək, bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayır. O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edərək, işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını diqqətə çatdırır.

Müəllif Gəncəyə səfərindən bəhs edərək 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazır. O, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhərin ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırır. Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaymaq, mənəvi ruhu pozmaq və Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də, buna nail ola bilməyiblər, tam əks reaksiya ilə üzləşiblər.

Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyini açıqlayan jurnalist, olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edir. Jurnalist 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verir.

O, təəssüflə yazır ki, Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktı bərpa işlərini mürəkkəbləşdirir. Ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata baxmayaraq, Ermənistanın beynəlxalq humanitar hüquqazidd olaraq minalanmış sahələrin xəritələrini verməkdən imtina etdiyini qeyd edən jurnalist, Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, bu ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə çəkə biləcəyini bildirir.

Müəllif yazısında səfər zamanı azərbaycanlı qaçqınlarla görüşdüyünü, onların erməni təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, çəkdikləri əzab və ağrılardan bəhs etdiklərini, lakin buna baxmayaraq tezliklə öz doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözlədiklərini qeyd edir.

https://fpp.org.pe/el-horror-de-la-guerra-armenio-azeri/

https://www.expreso.com.pe/diplomacia/el-horror-de-la-guerra-armenio-azeri/

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb

21 Mart - Beynəlxalq Novruz Günüdür

Ağsuda zəlzələ olub

Londonda yarımstansiyada güclü partlayış baş verib

ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib