ORDU
İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçularla keçirilən tədbirlər davam edir
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil etdiyi tədbirlər zamanı müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim edilib.
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə şəxsi heyətə maraqlı musiqi nömrələri təqdim olunub.