İDMAN


İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçilib

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da tədbirə qatılıblar.

İHİF-in prezidentliyinə namizəd, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdulaziz bin Turki Alfaisal tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Osaymin, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum hesabat məruzələr ilə çıxış ediblər.

Sonra federasiyaya prezident seçkiləri keçirilib. İHİF-in İcraiyyə Komitəsi üzvlərinin yekdil səsi ilə Şahzadə Abdulaziz bin Turki Alfaisal qurumun prezidenti seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.