MƏDƏNİYYƏT


İslam Həmrəyliyi İli çərçivəsində növbəti sərgi - “Milliliyimizi qoruyaq”

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Bakı Xətai Sənət Mərkəzində “Milliliyimizi qoruyaq” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, 21 sentyabr- Beynəlxalq Sülh Gününə həsr edilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsmayılova və Aygün İsgəndərovadır.

Tədbirdə təqdim edilən əsərlərin məna və məzmun baxımından mükəmməlliyindən söz açıblar. Vurğulanıb ki, sərginin ekspozisiyasında 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur.

Bildirilib ki, bir gün davam edəcək sərgidə ziyarətçilər rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretləri görə biləcəklər.

Qeyd edək ki, “İslam Həmrəyliyi İli” çərçivəsində açılacaq sərgi Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.