Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

İslamabad, 11 dekabr, АZƏRTAC

Pakistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası və “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər Azərbaycanın Pakistandakı səfirliyi ilə bu ölkənin Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Pakistan Milli Kitabxanasının həyətyanı sahəsində keçirilən ağacəkmə aksiyasında Ümummilli Liderin xatirəsinə ehtiram olaraq çinar ağacları əkilib, iştirakçılar kitabxanada Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Azərbaycanşünaslıq Mərkəzində yerləşən Heydər Əliyev guşəsinə baş çəkib, Ulu Öndərin həyat və fəaliyyətinə dair əyani materiallarla, kitab və şəkillərlə tanış olublar.

Ağacəkmə aksiyasından sonra Pakistan Milli Kitabxanasında “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar keçirilib.

Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə hər iki milli liderin həyatlarını öz ölkələrinin tərəqqisinə və rifahına həsr etdiklərini, onların tariximizdə xüsusi yerə malik olduqlarını vurğulayıb.

Səfir cəmiyyət və ölkələrin tərəqqisi üçün milli liderlərin həyata keçirdikləri siyasətin önəmli hissəsindən birinin də təhsilin inkişafı və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsi olduğunu bildirib. Ə.Əlizadə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. Səfir müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatların ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.

Diplomat Heydər Əliyev Fondunun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binasının inşa edildiyini bildirib. Hazırda ölkəmizdə ibtidai və orta təhsilin icbari olduğunu, savadlılıq səviyyəsinin isə 99 faiz təşkil etdiyini deyən Əli Əlizadə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar və dost ölkələrlə təhsil sahəsində əməkdaşlıq etdiyini, həm xarici ölkə vətəndaşları üçün ölkəmizdə müxtəlif təhsil imkanlarının yaradıldığını, həm də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün digər ölkələrdə müvafiq sahədə həyata keçirilən müxtəlif layihələrə dəstək verildiyini diqqətə çatdırıb. “Biz Pakistanla təhsil sahəsindəki əməkdaşlığımıza da böyük əhəmiyyət veririk”, - deyən səfir Heydər Əliyev Fondu tərəfindən Müzəffərabadda tikilən məktəb, bu kitabxanada yaradılan Azərbaycanşünaslıq Mərkəzi, Milli Kitab Fondunda təsis olunmuş Nizami guşəsi, digər təqaüd, tədqiqat proqramları, gənclər üçün həyata keçirilən layihələr barədə məlumat verib.

Pakistan Federal Parlamentinin katibi və Milli Assambleyanın üzvü xanım Vaciha Əkrəm çıxış edərək belə əhəmiyyətli tədbirin keçirilməsinin məmnunluqla qarşılandığını vurğulayıb. O, Pakistanın Azərbaycan ilə bir çox sahələrdə yaxınlığının olduğunu, ölkəmizdən təhsil, tolerantlıq da daxil olmaqla, bir çox sahələri öyrənməyin vacibliyini qeyd edib. Bildirib ki, müasir müsəlman ölkəsi olan Azərbaycan İslam dünyasında model rolu oynayır. Pakistanın təhsil sistemi və hökumətin bu sahədə həyata keçirdiyi siyasət barədə məlumat verən V.Əkrəm ölkəsində təhsil sahəsində həyata keçirdiyi layihələrə görə Azərbaycana təşəkkür edib.

Pakistan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya Respublikaları və İqtisadi Əməkdaşlıq Təşkilatı İdarəsinin baş direktoru Məhəmməd Amar Aftab Qureşi çıxışında Pakistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə məlumat verib, Azərbaycan və Türkiyəni Pakistanla birgə böyük ailə hesab etdiklərini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin və Muhəmməd Əli Cinnahın öz ölkələri ilə bağlı böyük arzularının olduğunu, daim ölkələrinin gələcəyini düşündüklərini söyləyib, Ulu Öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu və öz müasirlərindən fərqləndiyini qeyd edib. “Heydər Əliyev biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verib, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təhsildə müasir standartları tətbiq edən qabaqcıl ölkəyə çevrilib. Dövlət də öz növbəsində vətəndaşların təhsilinə ciddi əhəmiyyət verir”, - deyə baş direktor vurğulayıb.

Milli Kitabxananın baş direktoru Qayur Hüseyn Azərbaycanın Pakistandakı səfirliyinə və iştirakçılara təşəkkür edib, hər iki ölkənin Ümummilli liderlərindən təhsil mövzusunda fikirlərindən sitatlar gətirərək müasir nəslin gələcəkdə də onların müdrik siyasətindən və təcrübəsindən bəhrələnəcəyini diqqətə çatdırıb.

Seminarda müasir Azərbaycanın reallıqlarını, həmçinin xalqımızın və Pakistanın ümummilli liderləri Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil sahəsində söylədiyi kəlamları özündə ehtiva edən videoçarxlar nümayiş olunub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib