DÜNYA
İslandiyanın “Icelandair” aviaşirkəti daxili uçuşlarda sıfır emissiyaya nail olmağı hədəfləyir
Stokholm, 20 noyabr, Rauf Əliyev, AZƏRTAC
İslandiyanın “Icelandair” şirkəti hazırkı onilliyin sonuna qədər daxili uçuşlarda sıfır emissiyaya nail olan ilk milli aviadaşıyıcı olmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, aviaşirkət İslandiyada əldə olunan və ətraf mühitə ziyan verməyən elektrik enerjisindən təyyarələrə yanacaq doldurmaq üçün istifadə etmək niyyətindədir.
Bunun üçün şirkət, hidrogen və ya qismən elektrik mühərrikləri ilə işləyən təyyarələrin alınması imkanlarını nəzərdən keçirib. “Icelandair” artıq İsveçin “Heart Aerospace” şirkəti ilə 30 yerlik ES-30 təyyarəsinin alınması ilə bağlı üçün müvafiq müqavilələrə də sahibdir. 37 yerlik “De Havilland Canada Dash” 8 turbovintli təyyarənin əsasında yaradılan bu uçuş aparatı, hidrogen enerjisi ilə çalışan mühərriklərlə işləyəcək.
Qeyd etmək lazımdır ki, hazırda qlobal lava püskürmələrinin üçdə biri İslandiyadakı vulkanlarda baş verir. Məhz bu vulkanik aktivlik ölkədə enerjisi üçün fəal şəkildə istifadə olunan bol miqdarda geotermal su istehsalını da təmin etməkdədir. Bu səbəbdən, yaşıl hidrogen istehsal etməyə imkan verən bərpa olunan enerjinin bolluğu karbonsuz hava nəqliyyatının inkişafı üçün də yaxşı fürsət kimi qiymətləndirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm