REGİONLAR


İsmayıllı məktəbliləri dünyaya səsləndilər: “Evdə qal! Dərsdən qalma!”

İsmayıllı, 5 aprel, AZƏRTAC

Bütün dünyanı qorxuya salan, hər gün yüzlərlə insanın həyatına son qoyan koronavirus (COVID-19) epidemiyasının yayılması təhlükəsinə qarşı “Evdə qal! Dərsdən qalma!” aksiyasına qoşulan İsmayıllı məktəbliləri ingilis dilində hazırladıqları videoçarxla dünyaya səslənərək, öz həmyaşıdlarını da bu aksiyaya qoşulmağa çağırıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlər ingiliscə səsləndirdikləri “Stay at home! Don’t miss lessons!” (Evdə qal! Dərsdən qalma!”) şüarı ilə dünya ölkələrində məktəbliləri qorxulu virusun yayılma təhlükəsinə qarşı mübarizədə həmrəyliyə, birliyə səsləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.