REGİONLAR


İsmayıllı rayonunun mərkəzində “Şəhid guşəsi” açılıb

İsmayıllı, 27 iyul, AZƏRTAC

İsmayıllı gəncləri Tovuz şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Şəhid guşəsi” hazırlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzində sərgilənən guşədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalan zabit və əsgərlərimizin şəkilləri yer alır. Onların arasında məzarı İsmayıllının Balik kənd qəbiristanlığında olan Xəyyam Daşdəmirov da var.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanan guşə rayon gənclərində vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. İndi hər gün şəhərin mərkəzinə gələn onlarca yerli sakin, eləcə də qonaq güşə ilə tanış olur, qürurumuz, fəxrimiz olan şəhidlərmizin xatirəsini ehtiramla yad edilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.