REGİONLAR
İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib
İsmayıllı, 29 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə İsmayıllı rayonunda təntənəli bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində rayon rəhbərliyi, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin fəal nümayəndələri iştirak ediblər.
Musiqili ədəbi-bədii proqramla müşayiət olunan mərasimdə səsləndirilən təbriklərdə dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, bu məqsədlə ümummilli lider Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi uğurlu dövlət siyasətindən, gördüyü işlərdən danışılıb. Çıxışlarda Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının əhəmiyyəti vurğulanıb.
Bayram şənliyində musiqiçilərin, rəqs qruplarının çıxışları, keçirilən viktorinalar iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb.