REGİONLAR


İsmayıllıda “Shacman” yanıb, 30 ton taxıl və zəmi yanğından qorunub

İsmayıllı, 8 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Qubaxəlilli kəndindəki taxıl sahəsində qeydə alınıb. Biçilmiş taxılın daşınması üçün zəmiyə gələn rayon sakini Məmmədov Amin Vətən oğlunun idarə etdiyi 99-MS-145 dövlət nömrə nişanlı “Shacman” markalı yük avtomobili qəflətən yanmağa başlayıb. Avtomobilin mühərrikində başlayan yanğın qısa zamanda taxıl sahəsinə keçib.

Alovun qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin Qaraməryəm bölməsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğının qarşısını ala biliblər.

Yük avtomobili və onun ətrafındakı 4 hektar biçilmiş taxıl sahəsi yansa da, maşının yük yerindəki 30 ton taxıl yanğından qorunub. Yanğınsöndürənlər 1000 hektardan çox sahədəki biçilməmiş taxıl sahəsinin də yanmasının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.