REGİONLAR
İsmayıllıda əhalinin növbəti kütləvi tibbi müayinəsinə hazırlıq görülür
İsmayıllı, 10 fevral, AZƏRTAC
Fevralın 15-dən mayın 1-dək aparılacaq əhalinin növbəti tibbi müayinəsinə hazırlıqla əlaqədar İsmayıllıda xüsusi komissiya yaradılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, komissiyanın rəyinə əsasən 16 yerdə tibbi müayinənin keçirilməsi, hər bir yer üçün işçi qrupunun yaradılması qərara alınıb.
Komissiya üzvlərinin və işçi qrupu sədrlərinin iştirakı ilə keçirilən müşavirədə kampaniya ilə əlaqədar bütün məsələlər müzakirə edilib, hər kəsin görəcəyi konkret işlər dəqiqləşdirilib.
Tibbi müayinənin müvəffəqiyyətlə təşkili üçün əhali arasında bu xeyirxah təşəbbüslə əlaqədar geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyi bildirilib, bununla əlaqədar konkret tədbirlər müəyyənləşdirilib.