SİYASƏT


İspaniya Azərbaycanlıları Birliyi Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib

Bakı, 5 iyun, AZƏRTAC

İspaniya Azərbaycanlıları Birliyi iyunun 4-də Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Vahid İmanov müraciətdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına diqqət cəlb edildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, baş verən dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara məhəl qoymamasının, mina xəritələrini Azərbaycana təhvil verməməklə regionda qarşıdurma yaratmasının acı nəticəsidir.

İspaniya Azərbaycanlıları Birliyi beynəlxalq ictimaiyyəti Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa, onun minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsini, beynəlxalq hüquqla müəyyənləşdirilən öhdəliklərə əməl etməsini tələb etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.