DÜNYA


İspaniya Kralı ABŞ-a səfər edib

Madrid, 15 iyun, AZƏRTAC

İspaniya Kralı Felipe və Kraliça Letiziya Amerika Birləşmiş Ştatlarına beşgünlük səfər ediblər. Səfər çərçivəsində onlar Ağ Evdə Prezident Donald Tramp və xanımı Melania Tramp ilə nahar edəcəklər.

Səfərin əsas məqsədi iki ölkə arasında münasibətlərin bugünkü vəziyyətini müzakirə etmək, Amerikada ispandilli əhalinin çoxluq təşkil etdiyi ştatlara baş çəkməkdir.

Bundan əvvəl kral ailəsi 2015-ci ildə ABŞ-a səfər edərək Prezident Obamanın qonağı olmuşdu.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.