DÜNYA


İspaniya XİN İranın iqtisadi blokadasına mane olmaq niyyətindədir

Madrid, 16 iyul, AZƏRTAC

Avropa İttifaqı İranın iqtisadi blokadasına yol verməmək və Avropa şirkətlərinin bu ölkədə fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaq üçün mümkün olan hər şeyi edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İspaniya XİN-in başçısı Jozep Borrel bəyan edib.

J.Borrel bildirib ki, ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq. “ABŞ-ın qanunları eksterritorial qaydada, yəni bizim də qəbul etmədiyimiz qaydada tətbiq etməsi bütün şirkətlər üçün çətinliklər yaradır. Lakin Aİ-nin işləyib hazırladığı maliyyə vasitəsi Avropa şirkətlərinin İranda qalmasına imkan verəcək”, - deyə nazir fikrini tamamlayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.