DÜNYA


İspaniyada “Expoliva-2019” XIX Beynəlxalq zeytun yağı sərgisi işə başlayıb

Madrid, 15 may, AZƏRTAC

Bu gün İspaniyanın Xaen (Əndəluz) şəhərində “Expoliva-2019” XIX Beynəlxalq zeytun yağı sərgisi işə başlayıb. Zeytun və zeytun yağı sektorunun, habelə əlaqədar sahələrin qlobal mərkəzi olan “Expoliva” sərgisində 66 ölkədən peşəkarlar iştirak edirlər. Xaen zeytun yağının istehsalı üzrə dünya lideridir.

Sərgidə təqribən otuz aqrar-ərzaq şirkətinin iştirakı ilə” Degusta Jaén” bazarı açılacaq. Burada yüksək mətbəxdə yüksək keyfiyyətli zeytun yağının fəal tərəfdarları olan peşəkar aşpazlar öz məharətlərini nümayiş etdirəcək, zeytun yağı ilə ləzzətli təamlar hazırlayacaqlar.

Sərgi mayın 18-dək davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.