DÜNYA


İspaniyada pandemiya səbəbindən gündə 120-dən çox şirkət bağlanır

İspaniyada pandemiya səbəbindən gündə 120-dən çox şirkət bağlanır

Madrid, 14 yanvar, AZƏRTAC 

İspaniyanın Dövlət Sığorta Xidmətinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hər gün orta hesabla 122 şirkət bağlanır.

AZƏRTAC xəbər verir ki, 2020-ci il ərzində İspaniyada 44 759 şirkət iqtisadi problemləri həll edə bilməyib, söhbət əsasən kiçik və orta biznesdən gedir.

Ötən il dekabrın sonuna olan vəziyyətə görə, ölkədə 1 295 656 şirkət fəaliyyət göstərirdi. Bu, 2015-ci ilin sonundan etibarən ən aşağı göstəricidir. “Credit Suisse” maliyyə konqlomeratının analitikləri ispan iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qaytarılması üçün dörd il vaxt lazım olacağını proqnozlaşdırırlar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.